2022-ci ilin fevralında Ukrayna müharibəsi başlayandan bəri 600 mindən çox rus əsgəri döyüşlərdə həlak olub və ya yaralanıb.
7Times.az xəbər verir ki, bu barədə ABŞ Müdafiə Nazirliyinin (Pentaqon) Rusiyanın itkiləri ilə bağlı yayımladığı son hesabatda bildirilir.
Qeyd olunub ki, sentyabr ayı Rusiya ordusu üçün müharibənin digər aylarına nisbətən daha ağır keçib. Belə ki, sentyabr ayında rus ordusu hər gün ortalama 1271 hərbçisini itirib. Hesablamaya görə, həmin ay təxminən 38100 rus əsgəri öldürülüb və ya yaralanıb.
Həmçinin bildirilib ki, Rusiya ordusunun itkilərinin ümumi sayı İkinci Dünya Müharibəsindən bəri bütün digər münaqişələrdəki ən yüksək göstərici hesab olunur.
“AzPolitika.info”
Follow @7timesaz