Rusiya, ABŞ və Fransa yaxın vaxtlarda Dağlıq Qarabağda münaqişənin dayandırılması üzrə bir sıra təşəbbüslərlə çıxış edəcək.
“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə Fransa prezidenti Emmanuel Makron Avropa İttifaqı sammitinin birinci gününün nəticəsi ilə bağlı keçirilən brifinqdə bildirib.
“Rusiya, ABŞ və Fransa ATƏT-in Minsk qrupunun həmsədrləri kimi ən yaxın vaxtda Dağlıq Qarabağda münaqişənin dayandırılması üzrə bir sıra təşəbbüslər irəli sürəcəklər”, – o deyib.
Follow @7timesaz