Aktual

Rusiya: “Başqa çarəmiz yoxdur, mərkəzləri vuracağıq…”

Rusiya: “Başqa çarəmiz yoxdur, mərkəzləri vuracağıq…”backend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev Moskvanın Ukraynaya hərbi yardımla bağlı mövqeyini açıqlayıb.

Sfera.az xəbər verir ki, Medvedev Əl-Cəzirə telekanalına deyib ki, əgər ABŞ-dan gələn silahlar Rusiya torpaqlarına qarşı istifadə olunarsa, onlar qərar qəbuletmə mərkəzlərini vuracaqlar:

“Qərar vermə mərkəzlərini vurmaqdan başqa çarəmiz yoxdur. Rusiya torpaqlarına qarşı belə silahlardan istifadə edilərsə, ölkəmizdəki silahlı qüvvələrin qərar qəbul edən mərkəzlərə zərbə endirməkdən başqa çıxış yolu qalmayacaq”,- Medvedev bildirib.Bu mərkəzlər arasında Müdafiə Nazirliyi, Baş Qərargah və digər qurumlara aid binaların olduğunu bildirən Medvedev, “Lakin başa düşməlisiniz ki, yekun qərar qəbul edən mərkəzlər təəssüf ki, hətta Kiyev ərazisində də yerləşmir”, deyərək Ukraynaya bu silahları verən ABŞ-ı da vura biləcəklərinə işarə edib.