Rusiya özünə məxsus nüvə obyektlərində təxribat törədərək, günahı Ukraynanın üzərinə yıxmağı planlaşdırır.
“AzPolitika.info” xəbər verir ki, bunu Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin nümayəndəsi Andrey Yusov Milli Müqavimət Mərkəzinin Rusiya Federasiyasındakı “Kursk” AES-də Rusiyanın təxribat hazırlığı ilə bağlı məlumatlarına münasibət bildirərkən deyib.
Yusov belə bir məlumatın olduğunu təsdiqləyib: “Belə bir məlumat var və bu, xüsusilə nazirlik tərəfindən artıq ictimaiyyətə açıqlanıb”.
Öz mülki əhalisinə qarşı terror hücumlarının Putin rejiminə xas olduğunu və bunun təəccüb doğurmadığını vurğulayan Yusov, bu cür təxribatların baş verə biləcəyini deyib.
Follow @7timesaz