Siyasət

Rusiya MN-dən Qarabağdakı son vəziyyətlə bağlı AÇIQLAMA

Rusiya MN-dən Qarabağdakı son vəziyyətlə bağlı AÇIQLAMAbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Dağlıq Qarabağdakı Rusiya sülhməramlı qüvvələrinin mühəndis bölmələri 260 hektar ərazini minalardan təmizləyib. 

7times.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.

“Əməliyyat zamanı Dağlıq Qarabağdakı Rusiya sülhməramlı qüvvələrinin mühəndis bölmələri 260 hektar ərazini, 100 kilometrə yaxın yolu, 434 yaşayış binasını minalardan təmizləyib. 8.6 mindən çox partlayıcı obyekt aşkar edilərək zərərsizləşdirilib”,- deyə açıqlamada qeyd olunub.

Sülhməramlıların Xankəndinin şimal ətraflarını təmizləməsini tamamladığı bildirilir.

“Kəşf edilmiş partlayıcı obyektlər və partlamamış döyüş sursatları xüsusi təchiz edilmiş poliqona gətirilərək məhv edilir. Evakuasiya edilə bilməyən döyüş sursatları bütün lazımi təhlükəsizlik tədbirləri görülməklə yerindəcə məhv edilir”,- deyə açıqlamada əlavə olunub.