Rusiya Müdafiə Nazirliyinin Mina əleyhinə beynəlxalq mərkəzinin bölmələri Azərbaycanın Qarabağ bölgəsinə göndərilib.
7times.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb. Bildirilib ki, Çkalovski aerodromundan An-124, İl-76 və Tu-154 mütəxəssisləri, texnika və silahları, o cümlədən xidməti itlər yola salınıb.
İrəvan aeroportuna 100-dən çox hərbçi, 13 ədəd hərbi və xüsusi texnika göndərilib. Onlar Gorus yolu ilə Xankəndiyə göndəriləcəklər.axar.az
Follow @7timesaz