Aktual

Rusiya sərhədə qırıcılar toplayır

Rusiya sərhədə qırıcılar toplayırbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiya qoşunları Severodonetsk bölgəsindəki bölmələrini gücləndirir.

7Times.az xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahının bugünkü məlumatında bildirilib.

Məlumata görə, Donetsk və Taurid istiqamətlərində ruslar Slavyansk, Popasna və Kuraxovo ərazilərində döyüşüb və Mariupol şəhərində hücum əməliyyatları həyata keçirib:

“Amma heç bir uğur qazanılmayıb. Döyüşlər davam edir. Mərkəzi Hərbi Dairənin 2-ci Əlahiddə Ümumqoşun Ordusunun ayrı-ayrı hissələrinin hesabına Severodonetsk ərazisində düşmən qruplaşması gücləndirilir. Ukraynanın şərq sərhədi yaxınlığında aviasiya dəstəsi yaratmağa davam edir, artilleriya bölmələrini gücləndirir, mövcud nəzarət, kəşfiyyat və tibbi dəstək sistemlərini optimallaşdırırlar. İşğalçılar Xarkov, Donetsk və Zaporojye vilayətlərində hərbi və mülki infrastruktura sistemli raket və bomba zərbələri endirməkdə davam edir”,- məlumatda qeyd olunub.