Aktual

“Rusiya-Ukrayna müharibəsində döyüşən azərbaycanlıları cəza gözləyir” – Millət vəkilindən xəbərdarlıq

“Rusiya-Ukrayna müharibəsində döyüşən azərbaycanlıları cəza gözləyir” – Millət vəkilindən xəbərdarlıqbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Son günlər sosial şəbəkələrin Azərbaycan seqmentində ən çox müzakirə olunan mövzulardan biri də Rusiya-Ukrayna müharibəsində hər iki tərəfdən döyüşən Azərbaycan əsilli insanlardır. Hətta hər iki ölkənin silahlı qüvvələrində muzdla döyüşən Azərbaycan vətəndaşlarının olduğu iddia edilir.

Maraqlıdır, Rusiyada və Ukrayna tərəfindən muzdla döyüşən vətəndaşlarımıza cinayət işi açıla bilər?
Mövzu ilə bağlı Sfera.az-a açıqlama verən millət vəkili Fazil Mustafa bildirib ki, Azərbaycan qanunları bütün vətəndaşlarımıza şamil edilir:
“Ölkə qanunvericiliyi ölkə vətəndaşlarına xarici ölkələrin silahlı birləşmələrində muzdlu döyüşçü kimi iştirakına icazə vermir. Fərqi yoxdur, terrorçu birləşmə və ya sizin dediyiniz kimi Ukrayna-Rusiya silahlı birləşmələri olsun, – bu bütün hallarda qanunsuzdur. Qanunvericilikdə Suriya, Ukrayna deyə bir ayrıcalıq yoxdur. Qanun bütün hallar üçün nəzərdə tutulub”.
“Qanunvericiliyin tələblərinə zidd olaraq başqa ölkənin silahlı qüvvələrində muzdla xidmət edən Azərbaycan vətəndaşlarına qarşı cəza tədbirləri görülə bilər”, – deyə millət vəkili bildirib.