Siyasət

Rusiya-Ukrayna toqquşması: Gürcüstan ssenarisi təkrarlana bilər?

Rusiya-Ukrayna toqquşması: Gürcüstan ssenarisi təkrarlana bilər?backend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiya və Ukrayna arasındakı gərginlik artıq pik həddə çatmaqdadır. Bu fonda Ukraynaya Aİ və ABŞ bir sıra dəstək mesajları verməkdədir. Rusiya-Ukrayna hərbi toqqşuması 2008-ci ildəki Gürcüstan ssenarisini təkrarlaya bilərmi?

7Times.az xəbər verir ki,Yenisabah.az-la fikirlərini bölüşən “Azərbaycan Milli Strateji Tədqiqatlar Mərkəzi”nin sədri Natiq Miri bildirib ki, əslində, bu gün Qərb dünyasının əsas qayəsi qabaqlayıcı addımlar atmaq, Rusiyanın Ukraynaya edə biləcəyi təcavüzünün qarşısını almaqdır:

“Bu çəkindirici məqamlar o qədər ciddidir ki, açığı, müharibə ehtimalı zəif görünür. ABŞ-ın Əfqanıstandan çıxışından sonra Baydenin xarici siyasətdə uğura ehtiyac var. Bu, Ukrayna-Rusiya qarşıdurmasının ABŞ üçün nə qədər strateji əhəmiyyət kəsb etdiyi göstərir.

Ukraynanı dəstəkləyən ən böyük güc ABŞ-dır və müəyyən mənada Ukraynanı müasir silahlarla təchiz edən ölkə yenə də ABŞ-dır. ABŞ Rusiyanın çəkindirici addımlarla geri çəkilməsini istəyir. Bu məsələnin birinci tərəfidir. İkinci tərəfdən, hərbi təcavüz olduğu təqdirdə Rusiyanın itirə biləcəkləri çoxdur. Rusiyanın ən böyük bankları Qərb dünyası tərəfindən bloklanıb. ABŞ bu məsələdə ənənəvi müttəfiqi olan Aİ ilə birgə addım atır. Buna görə də, Rusiya özünün ölmüş pulunu nə avroya, nə də dollara çevirə biləcək.

Nəhayət, əgər hərbi təcavüz olacaqsa, onda Ukraynanı Qərb dünyası birbaşa müdafiə etməsə belə, çox ciddi hərbi təchizat və muzdlu əsgərlərlə dəstəklə müharibənin uzunmüddətli olması təmin ediləcək.

Rusiyanın uzunmüddətli müharibə aparma imkanları yoxdur. Yalnız kiçik bir ərazini işğal etməklə müharibəni məhdudlaşdıra və yaxud dayandırar. Hadisələrin əks gedişatı Rusiyanın gələcək perspektivdə çökməsinə, hətta parçalanmasına qədər inkişaf edə bilər”.

“Gürcüstan və Ukrayna praktikası NATO və ümumən Qərb dünyasının yanlışlarını da ortaya çıxarır. Bu yanlışlar Gürcüstan və Ukraynanın bəzi ərazilərinin işğalına gətirib çıxardı. Buna görə də, təcavüz başlamamış ABŞ və Avropadakı müttəfiqləri qollarını çırmalayıb. Yəni bu dəfə nəticələr tamamilə fərqli olacaq”, – deyə siyasi şərhçi fikirlərini tamamlayıb.