Dünya

Rusiya Ukraynaya İran PUA-ları ilə zərbə endirib – Con Kirbi

Rusiya Ukraynaya İran PUA-ları ilə zərbə endirib – Con Kirbibackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Bu gün biz təsdiq edə bilərik ki, Krımda dislokasiya olunmuş rus hərbçiləri Ukrayna ərazisinə, o cümlədən Kiyevə zərbə endirmək üçün İran istehsalı olan PUA-lardan istifadə ediblər”.

APA  Anadolu Agentliyinə istinadla xəbər verir ki, bunu Ağ Evin Milli Təhlükəsizlik Şurasının strateji kommunikasiyalar üzrə koordinatoru Con Kirbi bildirib.

“Bizdə olan məlumata görə Krımda olan İran hərbçiləri bu əməliyyatda Rusiyaya kömək ediblər” – deyə Kirbi əlavə edib.

Kirbi bildirib ki, rəsmi Vaşinqon Rusiyanın İrandan müasir silahlar, o cümlədən “yer-yer” tipli raketlər ala biləcəyindən narahatdır.