Siyasət

Rusiya və Türkiyə Qarabağla bağlı danışıqları bu gün davam etdirəcək

Rusiya və Türkiyə Qarabağla bağlı danışıqları bu gün davam etdirəcəkbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiya və Türkiyə nümayəndələri noyabrın 14-də Ankarada Dağlıq Qarabağda Birgə Monitorinq Mərkəzinin yaradılması ilə bağlı danışıqları davam etdirəcək.

7times.az-ın məlumatına görə, bu barədə “Anadolu” agentliyi Türkiyənin Milli Müdafiə Nazirliyinə istinadən xəbər verir.

“Rusiyanın nümayəndə heyəti ilə Dağlıq Qarabağda Birgə Monitorinq Mərkəzi ilə bağlı danışıqlar bu gün də davam etdiriləcək”, – “Anadolu” agentliyi Türkiyənin Milli Müdafiə Nazirliyindən sitat gətirir.

Xatırladaq ki, Dağlıq Qarabağda atəşkəsə nəzarət etmək məqsədilə Rusiya-Türkiyə Birgə Monitorinq Mərkəzinin yaradılmasına dair memorandum çərşənbə günü, Rusiyanın müdafiə naziri Sergey Şoyqu ilə Türkiyənin milli müdafiə naziri Hulusi Akar arasında onlayn formatda keçirilən görüşdən sonra imzalanıb. APA