İdman

Rusiyada 19 yaşlı qapıçı öldü

Rusiyada 19 yaşlı qapıçı öldübackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Yekaterinburqun “Ural” futbol klubunun gənclərdən ibarət komandasının qapıçısı David Alekseyev 19 yaşında vəfat edib.

Bu barədə şənbə günü klubun mətbuat xidməti məlumat yayıb.

Ölüm səbəbləri barədə məlumat verilməyib.

“Bütün klubumuz bu faciəli hadisəyə görə kədərlənir. Davidin bütün dostlarına və qohumlarına başsağlığı veririk”, – məlumatda deyilir.

Alekseyev “Ural”ın gənclər və əvəzedici komandalarında oynayıb. 2021-ci ildə qapıçı əsas komanda ilə təlim-məşq toplanışında olub və yoldaşlıq görüşlərində iştirak edib.