Ötən gün Moskvada keçirilən Aİİ sammiti prezident İlham Əliyevlə şifahi “söz savaşına” başlamağa cəhd edən, amma nəticədə həm Azərbaycanda, həm də Ermənistan və Rusiyada özünü gülüş obyektinə çevirən Nikol Paşinyan üçün növbəti biabırçılığın zirvəsi oldu.
Üstəlik, Ermənistanda o, Əliyevin Ermənistanın Qarabağı Azərbaycanın tərkib hissəsi kimi tanıması ilə bağlı sözlərinə etiraz etmədiyi üçün müxalifət tərəfindən sərt tənqid edilib. Belə bir vəziyyətdə, görünür, Ermənistanın baş naziri özü üçün “uğurlu lokal qələbə” ilə nəticələnəcək hərbi təxribata əl atmaq qərarına gəlib.
Bununla o, həm daxili siyasi mövqelərini gücləndirəcəyinə, həm də Kişinyov görüşündən əvvəl danışıqlar fonunu pozacağına ümid edirdi. Sülh danışıqlarını uzatmaq Ermənistanın məlum taktikasıdır. Bu, nə ilkdir, nə də belə görünür ki, son olacaq.
Ancaq necə deyərlər, sən saydığını say, gör Azərbaycan ordusu nə sayır. Ermənistanın diversant qrupu hərbçilərimizi öldürməyi planlaşdırsa da, Dövlət Sərhəd Xidmətinin əsgərləri tərəfindən vaxtında aşkar edilib.
Diversiya baş tutsa, onlar Azərbaycan ərazisinin dərinliyində də təxribat törədib dinc vətəndaşları hədəf götürə bilərdilər. Bu da ilk belə hal deyil. Dəfələrlə bu kimi halların şahidi olmuşuq. Axı dinc vətəndaşlara zərər vurmaq da erməni təxribatçılarının adət etdikləri xüsusiyyətdir.
Qəhrəman əsgərlərimiz isə ayıq-sayıqlıqları ilə növbəti dəfə xilaskar oldular.
Follow @7timesaz