Siyasət

Rusiyada tankçılarımıza qarşı süni əngəl – Mane ola bilmədilər!

Rusiyada tankçılarımıza qarşı süni əngəl – Mane ola bilmədilər!backend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiyanın paytaxtı Moskvada “Beynəlxalq Ordu Oyunları – 2021” yarışları çərçivəsində keçirilən “Tank biatlonu” müsabiqəsi davam edir. Müsabiqənin yarımfinal mərhələsində uğurla çıxış edən tankçılarımız finala yüksəlib.

7times.az xəbər verir ki, “Qafqazinfo”nun əldə etdiyi məlumata görə, bu, heç də asan olmayıb. Burada söhbət təkcə hərbçilərimizin təcrübə və ya hazırlığından getmir.

Belə ki, Azərbaycan tankçıları Rusiyada keçirilən müsabiqədə süni əngəllərlə üzləşiblər.

Məsələ burasındadır ki, yarış Moskvada keçirildiyindən iştirakçı ölkələrə tanklar Rusiya Müdafiə Nazirliyi tərəfindən verilir. Burada isə tankçılarımız ayrıseçkiliklə üzləşib.

İş burasındadır ki, digər iştirakçı ölkələrdən fərqli olaraq, Azərbaycan hərbçilərinə qərəzli yanaşılıb və təmsilçimizə digər iştirakçılardan fərqli olaraq, qismən köhnə model və texniki cəhətdən zəif tanklar verilib. Nəticədə, bu tankların hərəkət qabiliyyəti çox zəif olub. Hədəfləri aydın şəkildə görmək üçün istifadə olunan müşahidə pəncərəsi (Tripleks) də çirkli olub ki, bu da istər-istəməz tankçılarımıza əlavə çətinliklər yaradıb.

Yaradılan süni problemlərə baxmayaraq, Azərbaycan tankçıları bu çətinliklərin də öhdəsindən gələrək uğurla növbəti mərhələyə keçə biliblər. Bu da sözsüz ki, tankçılarımızın Vətən müharibəsində göstərdikləri şücaətin və döyüş zamanı qazandıqları təcrübənin bariz nümunəsidir.

Qeyd edək ki, sentyabrın 4-də keçiriləcək final mərhələsində tankçılarımız Rusiya, Çin və Qazaxıstandan olan tank heyətləri ilə mübarizə aparacaqlar.

Finalda Azərbaycan komandası qırmızı,  Rusiya göy, Çin sarı, Qazaxıstan isə yaşıl rəngdə olan tanklarda yarışacaqlar.