Aktual

Rusiyadan Finlandiyaya TƏHDİD: “NATO-ya üzv olsanız…”

Rusiyadan Finlandiyaya TƏHDİD: “NATO-ya üzv olsanız…”backend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Finlandiya hökuməti NATO-ya üzv olmağa yaxınlaşdığı üçün “yeni era”nın başladığını elan edib.

“Unikal” xəbər verir ki, Rusiya çoxdandır ki, NATO-nun öz sərhədlərinə yaxınlaşması ilə bağlı “tüğyan edir”.

Rusiya Prezidenti Vladimir Putin artıq şənbə günü finlandiyalı həmkarlarına münasibətlərin mənfi təsirə məruz qalacağı ilə bağlı xəbərdarlıq edib.

NATO-nun baş katibi Yens Stoltenberq bazar günü “Finlandiya və İsveçin üzvlük prosesi çox sürətli ola bilər”,-deyə məlumat yayıb. O, Türkiyənin bu prosesi dayandıracağını gözləmədiyini də qeyd edib.