Ukrayna “Neptun” raketlərindən uğurla istifadə edib və vaxt gələcək ki, müntəzəm olaraq öz ballistik raketlərindən istifadə edəcək.
“7Times.az” xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski Beynəlxalq Müdafiə Sənayesi Forumu zamanı deyib.
Onun sözlərinə görə, hazırkı məqsəd “Şahed” PUA-larını vurmaq üçün dronların istehsalını maksimuma çatdırmaqdır: “Hələlik bunun çatışmazlığı var, lakin biz bunun üzərində işləyirik. Eyni şey Ukraynanın ballistik raketlərinə də aiddir. Biz dəfələrlə “Neptun”dan, qanadlı raketlərimizdən uğurla istifadə etmişik. Vaxt gələcək ki, biz öz ballistik raketlərimizdən müntəzəm istifadə edə biləcəyik”.
Zelenski qeyd edib ki, bu, dövlət və Ukraynanın raket proqramına cavabdeh olan bütün müəssisələr və şəxslər üçün əsas təhlükəsizlik məqsədlərindən biridir: “Bizim effektiv ballistik raketlərimiz təhlükəsizliyin təminatlarından biridir”.
Follow @7timesaz