Siyasət

“Rusiyasız razılığı olmasa bunu edə bilmərik” – Aİ rəhbərindən etiraf

“Rusiyasız razılığı olmasa bunu edə bilmərik” – Aİ rəhbərindən etirafbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“7Times.az” xəbər verir ki, bunu Aİ-nin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Cozef Borrel Ukraynadakı taxılın ixracı ilə bağlı məsələyə aydınlıq gəitrərkən deyib.

Ukraynadan taxıl ixracı məsələsinin tez bir zamanda həllinin vacibliyinə diqqət çəkən Avropa diplomatiyasının rəhbəri deyib ki, hazırda Ukraynada  anbarlarda 20 milyon ton taxıl var, onu son istehlakçılara çatdırmaq lazımdır.

“Yeni məhsul üçün anbarı boşaltmaq lazımdır, əks halda onu saxlamaq üçün heç bir yer olmayacaq”, –  o qeyd edib.

Borrel əlavə edib ki, Rusiyanın razılığı olmadan humanitar dəhlizlər təşkil etmək mümkün deyil: “Çünki çoxlu minalar var. Ukraynalılar limanlarını minalayıblar. Ona görə də taxıl ixracı üçün dəhlizi təmizləmək lazımdır. Amma o zaman oradan hərbi gəmilər də keçə bilər. Odur ki, BMT-nin vasitəçiliyi ilə Rusiya ilə razılaşma lazımdır”.