Ölkə

“Sabah” üçün həlledici gün: rəqibi müəyyənləşir

“Sabah” üçün həlledici gün: rəqibi müəyyənləşirbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bu gün avqustun 27-də Bakı vaxtı ilə saat 20:00-da Monakoda Çempionlar Liqasının Liqa mərhələsinin püşkü atılacaq.

7Times.az xəbər verir ki, avqustun 25-də Norveçin “Bodö-Qlimt”, Azərbaycanın “Sabah” və Avstriyanın LASK klubları turnirin əsas mərhələsinə vəsiqə qazanıblar. Çərşənbə günü isə son dörd vəsiqəni “Vikinq” (Norveç), “Fənərbağça” (Türkiyə), AEK (Yunanıstan) və “Slovan” (Slovakiya) əldə edib.

Beləliklə, Çempionlar Liqasının əsas mərhələsində çıxış edəcək bütün 36 komandanın adları müəyyənləşib.

Hər komanda dördünü evdə, dördünü səfərdə olmaqla səkkiz oyun keçirəcək. Rəqiblər bu axşam Monakoda keçiriləcək kompüter püşkatması vasitəsilə müəyyənləşəcək. Prosedur demək olar ki, dərhal – bir düyməyə basmaqla başa çatacaq.

Artıq klublar reytinqlərinə əsasən dörd səbətə bölünüb və hər səbətdə doqquz komanda yer alır. Təmsilçimiz “Sabah” 4-cü səbətdədir.

Hər komanda hər səbətdən iki rəqib əldə edəcək. Buraya öz səbətindəki komandalar da daxildir. Artıq əsas məqsəd lider komandalar üçün daha rahat təqvim yaratmaq deyil, rəqiblərin səviyyəsini balanslaşdırmaqdır — belə ki, bütün komandalar həm top-klublarla, həm də daha zəif komandalarla qarşılaşsınlar.

Ən az bəxti gətirəcək komandalar dördüncü səbətdən “Komo”, “Ştutqart” və, yəqin ki, “Lans”ı əldə edənlər olacaq.

Bununla bərabər, püşkatma zamanı müəyyən məhdudiyyətlər də nəzərə alınancaq. Eyni ölkənin klubları əsas mərhələdə bir-biri ilə qarşılaşa bilməz. Bundan əlavə, hər bir klub eyni ölkədən ikidən çox rəqib əldə edə bilməz.

Bundan başqa, bu mövsümdən etibarən bir klubun eyni rəqiblə ardıcıl üç mövsüm evdə oynamasını istisna edən qayda da tətbiq olunacaq. “Liverpul” əvvəlki və ondan əvvəlki mövsümlərdə “Real”ı öz meydanında qəbul edib. Buna görə də Mourinyonun komandasının bu dəfə “Enfild”ə səfəri istisna olunur. Lakin kompüter püşkatma zamanı bu iki komandanı yenə də üz-üzə gətirə bilər — sadəcə, bu halda qarşılaşma Madriddə keçiriləcək.

Eyni vəziyyət iki il ardıcıl “İnter”in meydanında oynamış “Arsenal”la da bağlıdır. Əgər bu komandalar əsas mərhələdə qarşılaşsalar, oyun yalnız Londonda keçiriləcək.

Püşkatmadan dərhal sonra məhz rəqiblər məlum olacaq, lakin oyunların tarixləri və başlanma saatlarının dəqiq təqvimi ən geci avqustun 29-da, şənbə günü açıqlanacaq.

Ənənəvi olaraq, Çempionlar Liqasının ilk turu üç günə — çərşənbə axşamı, çərşənbə və cümə axşamına bölünəcək. Digər turlar isə son tur istisna olmaqla iki gün ərzində keçiriləcək. Son turda bütün komandalar eyni vaxtda meydana çıxacaq.

1-ci tur: 8–10 sentyabr 2026-cı il
2-ci tur: 13–14 oktyabr 2026-cı il
3-cü tur: 20–21 oktyabr 2026-cı il
4-cü tur: 3–4 noyabr 2026-cı il
5-ci tur: 24–25 noyabr 2026-cı il
6-cı tur: 8–9 dekabr 2026-cı il
7-ci tur: 19–20 yanvar 2027-ci il
8-ci tur: 27 yanvar 2027-ci il