Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir.
Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, günün birinci yarısında bəzi yerlərdə çiskinli yağış yağacağı ehtimalı var.
Arabir güclənən şimal-qərb küləyi əsəcək.
Havanın temperaturu gecə 3-5° isti, gündüz 6-8° isti olacaq. Atmosfer təzyiqi normadan yüksək 765 mm civə sütunu olacaq. Nisbi rütubət 70-80 % olacaq.
Azərbaycanın rayonlarında bəzi yerlərdə arabir yağıntılı olacağı, dağlıq və dağətəyi rayonlarda qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə isə intensivləşəcəyi ehtimalı var, arabir duman olacaq. Qərb küləyi arabir güclənəcək.
Havanın temperaturu gecə 0-4° isti, gündüz 5-9° isti, dağlarda gecə 3-8° şaxta, yüksək dağlıq ərazilərdə 9-14° şaxta, gündüz 0-5° şaxta olacaq.
Follow @7timesaz