Ölkə

Sabahın havası: Yağış, külək, qar

Sabahın havası: Yağış, külək, qarbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Sabaha gözlənilən hava şəraiti açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən 7times.az-a verilən məlumata görə, noyabrın 20-də Bakıda və Abşeron yarımadasında buludlu hava şəraitinin üstünlük təşkil edəcəyi, gündüz yarımadanın bəzi yerlərində arabir yağış yağacağı ehtimalı var. Şimal-şərq küləyi əsəcək, gündüz mülayim cənub-şərq küləyi ilə əvəz olunacaq.

Havanın temperaturu Abşeron yarımadasında gecə 4-6, gündüz 8-11, Bakıda gecə 4-6, gündüz 8-10 dərəcə isti olacaq. Atmosfer  təzyiqi normadan yüksək 774 mm civə  sütunundan 768 mm civə sütununa enəcək, nisbi rütubət gecə 70-80, gündüz 55-60 faiz təşkil edəcək.

Noyabrın 20-də Azərbaycanın rayonlarında arabir yağış, dağlıq və dağətəyi rayonlarda qar yağacağı gözlənilir. Arabir duman olacaq. Mülayim şərq küləyi əsəcək. Havanın temperaturu  gecə 3-6, gündüz 7-10, dağlarda gecə 0-5 dərəcə şaxta, gündüz  2-5 dərəcə isti olacaq.

Tibbi-meteoroloji proqnoza görə, noyabrın 20-də Abşeron yarımadasında meteoroloji amillərin mülayim tərəddüdü gözlənilir ki, bu da meteohəssas insanlar üçün əsasən əlverişlidir.