MLS klubu “İnter Mayami” yoldaşlıq oyunu keçirib.
Fanat.Az xəbər verir ki, Amerika klubu yanvarın 20-nə keçən gecə Salvador millisi ilə qarşılaşıb.
Heyətində “Barselona”nın keçmiş oyunçuları – Lionel Messi, Luis Suares, Serxio Buskets və Jordi Alba olan “İnter Mayami” rəqibinin müqavimətini qıra bilməyib.
Görüş qolsuz bərabərliklə yekunlaşıb.
Follow @7timesaz