Sabirabad rayonunda altıotaqlı evdə yanğın baş verib.
Bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.
Qeyd olunub ki, rayonun Yenikənd kəndində ümumi sahəsi 200 kvadratmetr olan birmərtəbəli 6 otaqlı evin bir otağının qamışdan ibarət tavanı 28 kvadratmetr sahədə, dam örtüyünün taxta atmaları 80 kvadratmetr sahədə yanıb, yüksək temperaturdan şiferdən ibarət dam örtüyü dağılıb.
“Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb”, – deyə məlumatda bildirilib.
Follow @7timesaz