Şabran Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi bölməsinin əməkdaşları tərəfindən rayon ərazisində velosipedçilərin hərəkətinin tənzimlənməsi məqsədilə reydlər keçirilib.
7times.az xəbər verir ki, bununla bağlı Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin Quba regional qrupu məlumat yayıb.
Bildirilib ki, keçirilən reydlər zamanı avtomobil yollarında hərəkət edərək qəza şəraiti yaradan velosipedçilər saxlanılaraq, barələrində qanunvericiliyə uyğun tədbirlər görülüb.
Gündüz və gecə saatlarında keçirilən reydlər nəticəsində qaydalara əməl etməyən doqquz velosipedçi barəsində cərimə protokolu tərtib olunub.
Follow @7timesaz