İran Prezidenti İbrahim Rəisi Sahibə Qafarovanın başçılıq etdiyi Azərbaycanın nümayəndə heyətini qəbul edib.
7Times.az xəbər verir ki, bu haqda məlumatı “İrna” agentliyi yayıb. Məlumata əsasən, Rəisi İran və Azərbaycan arasında tarixi, mədəni və dini ortaq cəhətlərə toxunaraq, İranın Azərbaycanla hərtərəfli əlaqələri inkişaf etdirmək üçün mühüm addımlar atmaqda qərarlı olduğunu vurğulayıb.
İbrahim Rəisi həmçinin bildirib ki, İran şirkətləri və özəl sektoru Azərbaycan torpaqlarının bərpa edilməsi və texniki, mühəndislik və infrastruktur sahələrində birgə layihələr həyata keçirmək üçün Azərbaycanla əməkdaşlıq etməyə hazırdır.
O, həmçinin Azərbaycanın İran şirkətlərinin müxtəlif layihələrin həyata keçirilməsində iştirakını alqışladığını vurğulayıb.
Follow @7timesaz