Gündəm

Şahzadənin Fransada nikahı olub

Şahzadənin Fransada nikahı olubbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Nikahın rəsmi qeydiyyata alınmasından bir həftə sonra Lüksemburq şahzadəsi Aleksandra və onun həyat yoldaşı, fransız iş adamı Nikolas Baqorinin toyu olub.

Axşam.az xəbər verir ki, nikah mərasimi Fransanın cənub-şərqindəki Bormes-les-Mimozasdakı Müqəddəs Trofima kilsəsində baş tutub. Gəlin atası, Lüksemburq Böyük Hersoq Henrinin müşayiəti ilə zala daxil olub. O, “Elie Saab” brendindən olan paltar geyinib. O, görünüşünü mirvarilərlə bəzədilən fata ilə tamamlayıb. Gəlin Aleksandranın ulu nənəsi, Lüksemburq hersoginiyası Jozefina Şarlottanın tacını taxıb.

Qapalı mərasimdən sonra ictimaiyyət qarşısına çıxan sevgililər fotoqraflara pozalar veriblər.