Maqazin

Şakira evində Pikeni başqa qadınla tutub və… – Məşhur cütlüyün ayrılığının səbəbi bilindi 

Şakira evində Pikeni başqa qadınla tutub və… – Məşhur cütlüyün ayrılığının səbəbi bilindibackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Məşhur müğənni Şakiranın “Barselona”nın müdafiəçisi Cerard Pikedən ayrılma qərarının təfərrüatları bəlli olub.

Sfera.az bildirir ki, ötən gün sevgilisi ilə yolları ayırmağa qərar verən ifaçının bu addımı sevənlərini kədərləndirib. Lakin yayılan iddialardan sonra Şakiranın heyranları həm də qəzəbləniblər.

Belə ki, İspaniya mətbuatı “El Periodico”nun iddiasına görə, müğənni evində Pikeni başqa qadınla yaxalayıb. Futbolçu “mən günahsızam” deyərək özünü müdafiə etsə də, kolumbiyalı müğənni buna inanmayıb. Nəticədə Pike Barselonadakı köhnə mənzilinə köçməli olub.

Digər tərəfdən, cütlüyün münasibətlərində başqa problemlər də yaşadığı qeyd edilib. Bildirilib ki, daha əvvəl sosial media hesabından Pike ilə olan fotolarını tez-tez izləyiciləri ilə bölüşən Şakira martın 21-dən bəri sevgilisi haqqında heç nə paylaşmayıb.

Qeyd edək ki, Şakira və Jerar Pike 2010-cu ildə görüşməyə başlayıblar, lakin onlar yalnız bir ildən sonra romantikalarını təsdiqləyiblər. Futbolçu müğənninin Cənubi Afrikada keçirilən dünya çempionatına həsr etdiyi “Vaka Vaka” mahnısının klipinə də çəkilib. Onların iki oğlu var –  7 yaşlı Saşa və 9 yaşlı Milan. Şakira daha əvvəl açıqlamalarının birində evlilikdən qorxduğunu vurğulayaraq, “Bu, qadağan olunmuş meyvə kimidir, onunla ehtiyatlı davranmağa üstünlük verirəm. Pikenin davranışından asılı olaraq hər şeyin mümkün olduğuna inanıram”, – deyə söyləmişdi.