Ölkə

Samir Nuriyev Belarus Baş nazirinin müavini ilə görüşüb

Samir Nuriyev Belarus Baş nazirinin müavini ilə görüşübbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Mayın 15-də Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri, Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində məsələlərin mərkəzləşdirilmiş qaydada həlli ilə bağlı Əlaqələndirmə Qərargahının rəhbəri Samir Nuriyev ölkəmizdə səfərdə olan Belarus Respublikasının Baş nazirinin müavini İqor Petrişenko ilə görüşüb.

7Times.az  xəbər verir ki, görüşdə Azərbaycan ilə Belarus arasında münasibətlərin hazırkı vəziyyətindən məmnunluq ifadə olunub.

Ölkələrimiz arasında strateji tərəfdaşlıq xarakteri daşıyan əlaqələrin formalaşmasında və inkişafında dövlətlərimizin başçılarının səmimi dostluq münasibətlərinin mühüm rol oynadığı qeyd edilib.

Həmçinin bildirilib ki, son illər ərzində iki dövlət arasında əlaqələr bir çox istiqamətlərdə, o cümlədən siyasi, iqtisadi və humanitar sahələrdə uğurla inkişaf edir, beynəlxalq və regional təşkilatlar çərçivəsində səmərəli əməkdaşlıq həyata keçirilir.

Samir Nuriyev Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə işğaldan azad edilmiş ərazilərdə qısa müddət ərzində genişmiqyaslı bərpa-quruculuq işlərinin aparıldığını bildirib. Prezident Administrasiyasının rəhbəri “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı”na uyğun olaraq görülən işlər nəticəsində artıq keçmiş məcburi köçkünlərin doğma yurdlarına qayıtmağa başladıqlarını və bu prosesin qarşıdakı müddətdə daha da sürətlənəcəyini vurğulayıb.

Görüşdə işğaldan azad edilmiş ərazilərdə də iki ölkə arasında əməkdaşlıq üçün geniş imkanların olduğu qeyd edilərək, bu istiqamətdə fikir mübadiləsi aparılıb.

Sonda Samir Nuriyev İqor Petrişenkoya “Qarabağ işğaldan əvvəl və sonra” kitabını hədiyyə edib.