Aktual

Sanksiyalara məruz qalan rusiyalıların yaxtaları Maldiv adalarında tapılıb – FOTO

Sanksiyalara məruz qalan rusiyalıların yaxtaları Maldiv adalarında tapılıb – FOTObackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Sanksiyalara məruz qalan rusiyalı biznesmenlərin yaxtaları Maldiv adalarında gizlədilirmiş.

Arxipelaqda rusiyalılara məxsus altı gəmi aşkar edilib. Bunların arasında Kömür Enerji Şirkətinin (SUEK) keçmiş benefisiarı Andrey Melniçenkonun sanksiyalara məruz qalanlar siyahısına düşdükdən dərhal sonra mövqe təyinetmə sistemi ilə əlaqəsi kəsilmi

Maldiv adalarının baş prokuroru Hussayn Şamimin bəyanatına görə, yaxta sahibləri yerli qanunları pozmadıqları halda hakimiyyət orqanlarının yaxtaları müsadirə etməsi o qədər də asan deyil.

Mart ayında İtaliya Maliyyə Qvardiyası sanksiyaya məruz qalan rusiyalı milyarder Andrey Melniçenkonun aktivlərinə məxsus 530 milyon avro dəyərində yaxtanı ələ keçirib. Triest limanında lövbər salmış bu yaxta dünyanın ən böyük yelkənli mühərrikli yaxtası hesab olunur.

Bundan əlavə, İspaniyada Aralıq dənizində üzən böyük yaxta sahibləri tərəfindən istifadə olunan Avropanın ən böyük limanları yerləşir. İspaniya hökuməti bundan əvvəl orada Andrey Melniçenkonun, eyni zamanda “Rosoboroneksport”un baş direktoru Aleksey Mixeyev və “Rostek” korporasiyasının baş direktoru Sergey Çemezovun yaxtalarını müsadirə etmişdi.

 

ş “Motor Yacht A” superyaxtası da var.