Siyasət

Şarl Mişel Gürcüstana səfər etdi

Şarl Mişel Gürcüstana səfər etdibackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Avropa İttifaqı (Aİ) Şurasının Prezidenti Şarl Mişel Azərbaycandan sonra Gürcüstana səfər edib.

7times.az xəbər verir ki, onun təyyarəsi Batumi beynəlxalq hava limanında enib.

Ş.Mişeli hava limanında Aİ-nin Gürcüstandakı səfiri Karl Hartzel, Gürcüstanın xarici işlər naziri David Zalkaliani və Acarıstanın hökumət başçısı Tornike Rijvadze qarşılayıb.

Aİ rəsmisi sabah Batumidə keçiriləcək “Avropa İttifaqının cəlbetmə qüvvəsi və regionun transformasiyası” adlı konfransda iştirak edəcək. Beynəlxalq tədbirə Gürcüstan prezidenti Salome Zurabişvili, Ukraynanın dövlət başçısı Vladimir Zelenski və Moldova lideri Maya Sandu da qatılacaq.