Siyasət

Şarl Mişelin Azərbaycana səfəri başa çatdı

Şarl Mişelin Azərbaycana səfəri başa çatdıbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bu gün Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin Azərbaycana işgüzar səfəri başa çatıb.

7times.az xəbər verir ki, Azərbaycanın və Avropa İttifaqının bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda Avropa İttifaqı Şurasının Prezidentinin şərəfinə fəxri qarovul dəstəsi düzülüb.

Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişeli Azərbaycanın Baş nazirinin birinci müavini Yaqub Eyyubov, ölkəmizin Avropa İttifaqı yanında nümayəndəliyinin rəhbəri Fuad İsgəndərov və digər rəsmi şəxslər yola salıblar.