Kriminal

Satıcının əl-ayağını iplə bağlayıb oğurluq etdilər

Satıcının əl-ayağını iplə bağlayıb oğurluq etdilərbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Sumqayıt şəhəri ərazisindəki mağazaların birində satıcıya qarşı zor tətbiq edilib. 

7times.az DİN-ə istinadən xəbər verir ki, hadisə martın 28-də qeydə alınıb.

Novruz qəsəbəsi ərazisindəki mağazaların birində satıcı X.Hüseynovu bıçaqla hədələyib, əl-ayağını iplə bağlayaraq kassadan 1070 manat pul, 6000 manat dəyərində tütün məmulatı, spirtli və sərinləşdirici içkiləri oğurlayıblar.

Keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən şəhər sakinləri, əvvəllər məhkum olunmuşlar – M.Abdullayev və C.Bayramzadə saxlanılıblar.