Siyasət

Saxtakarlar, oğrular, yalançılar… – Prezidentdən sərt sözlər

Saxtakarlar, oğrular, yalançılar… – Prezidentdən sərt sözlərbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ermənilərin zəbt elədikləri evlərimiz. İndi Üçüncü Ağalı kəndinin sakinləri yəqin ki, tanıyar bu ev kimindir. Gələsən, başqasının torpağını zəbt edəsən, insanları evsiz, eşiksiz qoyasan, sonra da onların evində yaşayasan, xarabalığa çevirəsən, sonra da deyəsən ki, bu, qədim erməni torpağıdır.

7times.az xəbər verir ki, bunu Zəngilan rayonuna səfər edən Prezident İlham Əliyev Üçüncü Ağalı kəndində olarkən bildirib.

“Saxtakarlar, oğrular, yalançılar, vəhşilər bizim torpaqlarımızı 30 ilə yaxın müddət ərzində işğal altında saxlayıb. Bütün bu videosənədlər hüquqi müstəvidə bizim təzminat davamız üçün əşyayi dəlil kimi olacaq”, – İ.Əliyev qeyd edib.