Müğənni Şəbnəm Tovuzlu bu dəfə də diqqətləri özünə çəkib.
7Times.az xəbər verir ki, o, “Tarixin bir günü” verilişinə gəlinlik libasında gəlib.
Ş.Tovuzlu deyib ki, 19 il əvvəl toy libası geyinib:
“Mən 2003-cü ildə ilk dəfə gəlinlik geyinmişəm. O zaman da həyəcanlı idim. İndi də bir az kövrəldim. Qızlarımızı anlayıram ki, niyə toyda kövrəlirlər. Bəyaz gəlinliyin öz həyəcanı var”