Ölkə

Seçkilərin yekunları ilə bağlı MSK-da növbəti iclas

Seçkilərin yekunları ilə bağlı MSK-da növbəti iclasbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Yanvarın 29-da keçirilən bələdiyyə seçkilərinin yekunları ilə əlaqədar Mərkəzi Seçki Komissiyasının (MSK) növbəti iclası keçirilib.

7Times.az xəbər verir ki, iclasın gündəliyinə bələdiyyə seçkiləri ilə əlaqədar komissiyaya ünvanlanan müraciətlərə baxılması ilə bağlı məsələ daxil edilib.

Qeyd edək ki, bələdiyyə seçkilərində 1 milyon 874 min 810 seçici səsvermə hüququndan istifadə edib və seçici fəallığı 31,45% olub. Bu Azərbaycanın ərazi bütövlüyü və suverenliyini tam təmin etdikdən sonra keçirilən ilk bələdiyyə seçkiləridir.

Xatırladaq ki, yanvarın 29-da keçirilmiş bələdiyyə seçkilərində 118 dairə üzrə 16 min 92 namizəd mübarizə aparıb. 685 bələdiyyə üçün 8071 üzv seçilməli idi. Seçkilərə 24 siyasi partiya qatılıb.