Mərkəzi Seçki Komissiyası seçkilərin nəticələrinə dair bütün məntəqələrdən daxil olmuş məlumatları ümumiləşdirərək seçki protokolunun təsdiq olunması üçün müvafiq sənədlərlə birgə Konstitusiya Məhkəməsinə təqdim edib.
7Times.az xəbər verir ki, bunu parlament seçkiləri ilə bağlı Konstitusiya Məhkəməsi Plenumunun iclasında Konstitusiya Məhkəməsinin hakimi Rövşən İsmayılov deyib.
Eyni zamanda məruzəçi Kamran Şəfiyev bildirib ki, Baş prokurorluq seçkilərlə əlaqədar 6 müraciət üzrə cinayət işi başlanması qərara alıb.
Xatırkadaq ki, Milli Məclisə növbədənkənar seçkilər sentyabrın 1-də 125 seçki dairəsi və 6 min 478 seçki məntəqəsi üzrə keçirilib.
Seçkilərdə 125 deputat mandatı uğrunda 990 namizəd mübarizə aparıb və bütün dairələr üzrə lider namizədlər müəyyənləşib.
Follow @7timesaz