Hadisə

Şəhid sərhədçilərimiz dəfn OLUNDU

Şəhid sərhədçilərimiz dəfn OLUNDUbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ötən gün sərhəd pozucularının açdığı atəş nəticəsində həlak olan baş leytenant Eyvazov Samir Elmar oğlu və kiçik gizir Alimov Fərid Elçin oğlu dəfn olunub.

7times.az xəbər verir ki, baş leytenant Samir Eyvazov anadan olduğu Tovuz rayonun Bozalqanlı kəndində, gizir Fərid Alimov isə doğulduğu Quba rayonunun Yeni Güləzi kəndinə torpağa tapşırılıb.

Qeyd edək ki, mayın 15-də saat 16:00 radələrində Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının “Göytəpə’” sərhəd dəstəsinin xidməti ərazisində Yardımlı rayonunun Gendərə kəndi yaxınlığındakı sərhəd zastavasının xidməti sahəsində 3 nəfər naməlum şəxsin dövlət sərhədini pozması aşkarlanıb.

Dövlət Sərhəd Xidməti Mətbuat Mərkəzinin məlumatında bildirilib ki, sərhəd pozucuları sərhəd naryadının “Dayan” əmrinə tabe olmayıb, sərhəd naryadına qarşı odlu silahdan atəş açıb, əllərində yükü ataraq hadisə yerindən qaçmağa cəhd ediblər.

Sərhəd pozucularının açdıqları atəş nəticəsində baş leytenant Eyvazov Samir Elmar oğlu və kiçik gizir Alimov Fərid Elçin oğlu yaralanıblar. Hərbi qulluqçular dərhal tibb müəssisəsinə təxliyə olunub, lakin həyatlarını xilas etmək mümkün olmayıb.

Hadisə yerində təxminən 10 kq narkotik vasitəyə bənzər maddələr aşkarlanıb.