Maqazin

Səidə Sultan bu ifaçıları TƏNQİD ETDİ: “Onlar avtovağzalda oxuyurdular…” – FOTOLAR

Səidə Sultan bu ifaçıları TƏNQİD ETDİ: “Onlar avtovağzalda oxuyurdular…” – FOTOLARbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Müğənni Səidə Sultan növbəti dəfə bayağı ifaçıları tənqid edib.

7Times.az  xəbər verir ki, bu barədə o, “MTV Magazin”ə danışıb.

Səidə deyib ki, şou-biznes proqramı dəyişməlidir:

 

“Bir mahnı eşitdim, deyir, kirpiyindən asaram səni. Bu harada var? O qədər bayağı sözləri olan mahnılar var ki… İnsanların qulağı “mazol” olub. Azərbaycanda şou-biznes proqramı dəyişməlidir. Belə davam etsə, maraqlı olmayacaq. Əlimdə olsa, ara musiqisini yığışdırardım. O mahnını oxuyanları qoyaram 20 yanvar dairəsində, avtovağzalda qalsınlar. Əvvəl onlar orada oxuyurdu, efirə gəlmirdilər. İndi efirə çıxırlar. Çalışaram ki, xaricdə konsertlər təşkil edim. Azərbaycan musiqisini tanıdaram. Muğam bizi yaxşı tanıtdı, adam fəxr edir. Amma musiqimizin digər janrlarını da təbliğ edərəm. Yaxşı musiqiçiləri efirə çıxararam. Çünki xalq balaca uşaq kimidir, necə tərbiyələndirsən, elə olacaq”.

 

 

Səidə uzun müddətdir efirə çıxmamasının səbəbindən də söz açıb:

 

“Efirə çıxmıram. Bir müğənninin illəri var, o da həmin kresloda otursun, “fıntırış” mahnı oxuyan da. Hər kəs ayrılmalıdır. Məsələn, brend mal, bir də “kitayski” olan var. Hamısını bir-birinə qatmaq olmaz. Ayırırsan ki, bu markadır, digəri “bozbaş”.  Bunları ayırsan, düzələcək”.