Kriminal

“Sən bilirsən mən kiməm?” sualına istədiyi cavabı almayan azyaşlı tanışını bıçaqladı

“Sən bilirsən mən kiməm?” sualına istədiyi cavabı almayan azyaşlı tanışını bıçaqladıbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bakı Ağır Cinayətlər Məhkəməsində tanışı İbrahim Ağayevi (soyadlar şərtidir) bıçaqlayan 2005-ci il təvəllüdlü Şamil Nəsirova hökm oxunub.

7Times.az xəbər verir ki, hökmə əsasən Ş. Nəsirov 6 il müddətinə azadlıqdan məhrum edilib.

İttihama görə, ötən ilin mayın 17-də İbrahim tanışları ilə oxuduğu məktəbin qarşısında dayanaraq söbət edərkən Şamil onlara yaxınlaşıb. Söhbət zamanı yeniyetmələr arasında mübahisə yaranıb. Mübahisə zamanı Şamil İbrahimdən “sən bilirsən mən kiməm” deyə soruşub, İbrahim də ona tanımaq məcburiyyətində olmadığını bildirdikdə, Şamil onun ailə üzvəri haqqında nalayiq ifadələr işlədib. Bu zaman İbrahim onu yumruqla vurub. Bundan qəzəblənən 17 yaşlı Şamil də bıçaqla ona bədəninin müxtəlif nahiyələrindən xəsarət yetirib.

7Times.az