İdman

Şenol Günəşə istefa çağırışı

Şenol Günəşə istefa çağırışıbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Türkiyə milli komandasının baş məşqçisi Şenol Günəşin vəzifəsindən göndərilməsi ilə bağlı xəbərlər Türkiyə gündəmini zəbt edib.7Times.az  Türkiyə KİV-nə istinadən xəbər verir ki, Günəşin DÇ-2022-nin seçmə mərhələsində Niderlanda böyük hesablı məğlubiyyətə görə (1:6) vəzifəsindən göndəriləcəyi gözlənilir.

Qeyd edək ki, 2019 -cu ilin mart ayından millini çalışdıran Şenol Günəşin müqaviləsi 2022 -ci ilin iyununda bitəcək. Şenol Günəşin rəhbərliyi altında 82 oyun keçirilib. Bu görüşlərin 38 – də qalib gələn milli komanda 23 dəfə heç -heçə edib və 21 məğlubiyyət alıb.