Dünya

Şimali Koreya pilotsuz sualtı döyüş vasitəsini sınaqdan keçirib – “Hədəf nüvə partlayışı vasitəsilə”

Şimali Koreya pilotsuz sualtı döyüş vasitəsini sınaqdan keçirib – “Hədəf nüvə partlayışı vasitəsilə”backend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Şimali Koreya “Haeil-2” pilotsuz sualtı döyüş vasitəsini uğurla sınaqdan keçirdiyini açıqlayıb.

“AzPolitika.info” xəbər verir ki, yeni sualtı döyüş vasitəsinin düşmənlərin hərbi hərəkətlərinin qarşısını almağa, təhdidləri aradan qaldırmağa və ölkənin müdafiəsi üçün zəruri olan hərbi potensialı gücləndirməyə töhfə verəcəyi vurğulanıb.

Şimali Koreya lideri Kim Çen In yeni silah sisteminin əsas məqsədinin “sualtı nüvə partlayışı vasitəsilə geniş miqyaslı radioaktiv sunami törətməklə düşmənin donanması və daxili limanlarını məhv etmək” olduğunu ifadə edib.