Dünya

Şimali Koreyanın oğurluq “biznesi”… – Bu yolla milyardlarla dollar qazanırlar

Şimali Koreyanın oğurluq “biznesi”… – Bu yolla milyardlarla dollar qazanırlarbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İllərdir özünü qlobal dünyadan təcrid edən Şimali Koreyanın hər kəsi heyrətə gətirən “oğurluq çarxı” ortaya çıxıb.

“AzPolitika.info” xarici KİV-ə istinadla xəbər verirki, Şimali Koreya son illər kriptovalyuta (virtualvalyuta növü və elektron ödəniş şəbəkəsi-red.) oğurluğundan milyardlarla dollar vəsait qazanıb.

Başda ABŞ olmaqla, Qərb ölkələri tərəfindən ağır sanksiyalara məruz qalan Şimali Koreyanın son illərdə kripto pul oğurluğunu biznesə çevirdiyi bildirilir.

Çarx necə işləyir?

Porosesin başında Şimali Koreyadan olan hakerlər durur. Onlar kriptovalyuta birjalarına hücum edərək buradan kripto pullar oğurlayırlar. Oğurlanmış kripto pullar yuyulur və müxtəlif hesablara köçürülür. Daha sonra həmin valyutanı dollara, ardınca isə Çin yuanına çevirərək nağdlaşdırırlar. Bütün bu əməliyyat cəmi bir neçə dəqiqə ərzində tamamlanır.

Digər tərəfdən, oğurlanan kriptovalyutanın izinə düşmək çətin bir məsələ olduğundan, hakerlər rahatlıqla bu pulu nağdlaşdırmağı bacarırlar. Məsələn, ötən aylarda ABŞ-dakı kriptovalyuta birjasından oğurlanan 100 milyon dollarlıq vəsaitdən hələ də xəbər yoxdur. ABŞ bu vəsaitin cəmi bir neçə milyonunu geri qaytara bilib.

ABŞ kəşfiyyatının hesabatlarında bildirilir ki, Şimali Koreya kriptovalyuta oğurluğundan əldə etdiyi gəlirləri nüvə silahının istehsalına xərcləyir.

“Chainalysis”-in məlumatına görə, keçən il dünya üzrə 3,8 milyard dollar dəyərində kriptovalyuta oğurlanıb. Bunun təxminən yarısı və ya 1,7 milyard dollarının Şimali Koreya ilə əlaqəli hakerlər tərəfindən oğurlandığı bildirilir.