Dünya

Simonyan növbədənkənar seçkilərin keçirilməsini istisna edib

Simonyan növbədənkənar seçkilərin keçirilməsini istisna edibbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ermənistan parlamentinin spikeri Alen Simonyan ölkədə növbədənkənar seçkilərin keçirilməsini istisna edib.

“Report”un Ermənistan KİV-lərinə istinadən məlumatına görə, o bu barədə brifinq zamanı bildirib.

Spiker qeyd edib ki, belə təklifləri ilk dəfə yalnız bu yaxınlarda müxalifət xadimlərindən birindən eşidib.

“Təsəvvür edin, dörd il yarım keçib, seçkilərə cəmi səkkiz ay qalıb və müxalifət yalnız indi növbədənkənar seçkilər barədə danışmağa başlayıb”, – A.Simonyan vurğulayıb.

Onun sözlərinə görə, səbəb sadədir – müxalifət belə bir addıma hazır deyil: “Çünki onun bütün nümayəndələri yaxşı başa düşürlər ki, məğlub olacaqlar və parlamentə keçə bilməyəcəklər”.