Ölkə

Siyavuş Novruzov: “Deyirlər ki, namizədliyim qanunla qadağan olunur, bu, harada yazılıb?”

Siyavuş Novruzov: “Deyirlər ki, namizədliyim qanunla qadağan olunur, bu, harada yazılıb?”backend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Milli Məclisin Regional məsələlər komitəsinin sədri Siyavuş Novruzov növbədənkənar parlament seçkilərində namizədliyinin irəli sürülməyəcəyi, deputat olmaq istəmədiyi barədə iddialara aydınlıq gətirib. 

 

S.Novruzov Pravda.az-a açıqlamasında belə deyib:

 

“Bir dəli quyuya daş atıb, min ağıllı yığışıb, hələ çıxara bilmir. Bu gün Yeni Azərbaycan Partiyasının Mərkəzi Seçki Qərargahını yaradıblar. Mən də oranın üzvüyəm. Sonuncu prezident seçkilərində də Qərargahın üzvü idim. Öz təcrübəmlə, işimlə, köməyimlə çalışıram ki, seçki prosesinə dəstək olum. Proqramlar yazılır, müşahidəçilər təyin edirik və s. Burada kifayət qədər təcrübəli insanlar olmalıdır ki, prosesi həyata keçirsinlər. Yeni Azərbaycan Partiyası həmişə məni bu məsələlərdə Mərkəzi Seçki Qərargahına təyin edir. İndi biri Mərkəzi Seçki Komissiyası ilə Mərkəzi Seçki Qərargahını səhv salıb. Mən MSK-ya üzv seçilməmişəm. Partiyanın işi seçki keçirməkdir. Deyirlər ki, namizədliyim qanunla qadağan olunur. Bu hansı qanunda yazılıb? Tamamilə iftiradır, yalandır”, – o qeyd edib.