Ölkə

Siyəzəndə ümumtəhsil müəssisələrinin psixoloqları ilə görüş keçirildi – FOTOLAR

Siyəzəndə ümumtəhsil müəssisələrinin psixoloqları ilə görüş keçirildi – FOTOLARbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
7 iyun 2024-cü il tarixdə Quba-Xaçmaz Regional Təhsil Sektorunun tabeliyində olan Siyəzən rayonu üzrə təhsil sektorunun rəhbərliyi tərəfindən rayon ümumtəhsil müəssisələrinin psixoloqları ilə görüş keçirilib.
“7Times.az” xəbər verir ki görüşdə psixoloqlara ali məktəbə qəbul üçün sənəd verən şagirdlərlə yarana biləcək riskli halların qarşısının alınması məqsədilə görüşlər keçirilməsi və digər mövzular istiqamətində müvafiq tapşırıqlar verilib, mövcud problemləri barəsində söhbət aparılıb.
Görüşdə məktəblərdə risk qrupuna daxil olan şagirdlərlə işin gücləndirilməsi, qarşıdan gələn sertifikasiya imtahanlarına psixoloji hazırlıq məqsədilə müəllimlərlə söhbət aparılması tapşırılıb.
 
Gülay
7Times.az