Siyasət

Şok AÇIQLAMA: Putinə açıq şəkildə dedim ki, bunu edə bilməzsən

Şok AÇIQLAMA: Putinə açıq şəkildə dedim ki, bunu edə bilməzsənbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ Prezidenti Co Bayden rusiyalı həmkarı Vladimir Putinlə telefon danışığı ilə bağlı açıqlama verib.

7Times.az  teleqraf-a istinadən xəbər verir ki, Bayden Ukrayna ilə bağlı Putinə xəbərdarlıq etdiyini deyib.

“Prezident Putinə açıq şəkildə bildirdim ki, əgər Ukraynaya qarşı hərbi əməliyyatlar keçirilsə, ağırlaşdırılmış sanksiyalar tətbiq edəcəyik və bunun bədəli ağır olacaq, NATO müttəfiqlərimizlə birlikdə Avropadakı mövcudluğumuzu artıracağıq”, – deyə Bayden bildirib.

O, bu görüşdən sonra ABŞ-la Rusiya arasında bu ay keçiriləcək Ukrayna danışıqlarına, eləcə də Rusiya və NATO arasında baş tutacaq təmasları da diqqətdə saxlayacaqlarını vurğulayıb. Bayden gedişatın bu danışıqlardan asılı olacağını bəyan edib.

Rusiyanın Ukrayna sərhədindəki qoşunlarını saxlayacağı təqdirdə, ABŞ-ın nə edəcəyi sualına isə Bayden belə cavab verib: “İctimaiyyət qarşısında bunları deməyəcəyəm, amma ona (Putinə) açıq şəkildə dedik ki, Ukraynanı işğal edə bilməz”.