Avropa İttifaqına sədrliyi üzərinə götürməyə hazırlaşan Sloveniyanın Baş naziri Yanez Yanşanın Bosniya və Herseqovinanın parçalanmasını özündə əks etdirən sənədi Avropa Şurasına göndərdiyi ortaya çıxıb.
7times.az xəbər verir ki, 5 ölkənin sərhədlərinin yenidən çəkildiyi qalmaqallı sənəddə Bosniya və Herseqovinanın bir hissəsinin Serbiya və Xorvatiyaya verildiyi əks olunub.
Bu qeyri-rəsmi diplomatik sənəd Bosniya və Herseqovinanın sərt reaksiyasına səbəb olub. Yanez Yanşa sənədi təkzib etsə də, həm Sloveniya mətbuatı, həm də Aİ diplomatları qalmaqallı xəritənin təqdim edilyini təsdiq ediblər.
Balkan ölkələrinin Aİ-yə inteqrasiyasının etnik problemlər həll olunmadan çox çətin olacağı vurğulanan və “Qərbi Balkanlar-Daha irəli” başlığı ilə ingilis dilində hazırlanan sənəddə bütün bunların Böyük Serbiya, Böyük Xorvatiya və Böyük Albaniya ilə mümkün olacağı qeyd edilib.
Bosniya və Herseqovinanın Aİ üzvlüyündən çıxarılacağının qeyd edildiyi sənəddə Türkiyənin bölgədəki boşluqdan faydalandığı, xüsusən Bosniya və Herseqovina və Makedoniyada daha çox təsir gücünə malik olduğu göstərilib. publika.az
Follow @7timesaz