Avropa İttifaqı tərəflərin razılığı olarsa, Azərbaycanla Ermənistan arasında vasitəçi rolunda çıxış etməyə hazırdır.
7times.az TASS-a istinadən xəbər verir ki, bu barədə Aİ-nin Ermənistandakı səfiri Andrea Viktorin bildirib.
“Azərbaycan və Ermənistan razılıq verərsə, Aİ danışıqlar prosesində vasitəçi olmağa hazırdır. Aİ həmçinin, sərhədlərin delimitasiyası və demarkasiyası prosesində də vasitəçi kimi çıxış etməyi arzulayır”, – deyə Viktorin qeyd edib./kaim.az