BMT Kiprdə Türklərlə Yunanların birlikdə yaşadığı Pile kəndinə gedən yolu genişləndirmək üçün çalışan türk işçilərinə müdaxilə edib.Nəticədə Türkiyənin hərbi gücləri ilə BMT əsgəri arasında qarşıdırma yaşanıb.
7Times.az CNN Türk -ə istinadən xəbər verir ki, BMT-nin nəzarətində olan bufer zonasında qalan yunanlar və türklərin birlikdə yaşadığı Pile kəndində bir müddət əvvəl yol genişləndirmə və asfaltlama işlərinə başlanılıb. KKTC Xarici İşlər Nazirliyi bir il əvvəl BMT-ni məlumatlandıraraq işin bufer zonasından da keçəcəyini bildirib. Sərhəd kəndlərindən biri olan Yiğitler ilə Pile arasındakı 11 kilometrlik işin KKTC ayağındakı 7 kilometrlik yolun asvaltlanması ötən gün tamamlandı.