Ölkə

SON DƏQİQƏ: ermənilər Kəlbəcərdə HÜCUMA KEÇDİ – Müdafiə Nazirliyi TƏCİLİ AÇIQLAMA YAYDI

SON DƏQİQƏ: ermənilər Kəlbəcərdə HÜCUMA KEÇDİ – Müdafiə Nazirliyi TƏCİLİ AÇIQLAMA YAYDIbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Yanvarın 8-də saat 13:50 radələrində Ermənistan silahlı qüvvələrinin bölmələri Basarkeçər rayonunun Yuxarı Şorca yaşayış məntəqəsi istiqamətindən AQS və iriçaplı silahlardan istifadə etməklə Azərbaycan Ordusunun Kəlbəcər rayonu ərazisində yerləşən mövqelərini atəşə tutub.

7Times.az -a bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.

Bölmələrimizin cavab tədbirləri nəticəsində qarşı tərəf susdurulub. Şəxsi heyət və texnikamızda itki yoxdur.

Hazırda qeyd olunan istiqamətdə vəziyyət sabitdir, əməliyyat şəraiti bölmələrimizin nəzarəti altındadır.