Siyasət

SON DƏQİQƏ! Müdafiə Nazirliyi açıqlama yaydı: Tovuz istiqamətində düşmən…

SON DƏQİQƏ! Müdafiə Nazirliyi açıqlama yaydı: Tovuz istiqamətində düşmən…backend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ermənistan silahlı qüvvələrinin bölmələri avqustun 26-sı saat 22:20-də Şəmşəddin rayonunun Çinarlı kəndi ərazisində yerləşən mövqelərindən Tovuz rayonunun Koxanəbi kəndi istiqamətində yerləşən Azərbaycan Ordusunun mövqelərini avtomat və pulemyotlardan istifadə etməklə atəşə tutub.

Müdafiə Nazirliyindən 7Times.az-a bildirilib ki, cavab atəşilə qarşı tərəf susdurulub.

Azərbaycan Ordusunun şəxsi heyəti arasında itki yoxdur.

Hazırda bu istiqamətdə vəziyyət sabitdir, əməliyyat şəraiti bölmələrimizin nəzarəti altındadır.